
Droqba müsəlman olub?
- 09 Noy 2022 10:00
- 438
Dünya futbolunda iz buraxmış oyunçulardan olan kot d'İvuarlı Didye Droqba dinini dəyişdirməsi ilə bağlı yayılan şaiyələrə reaksiya verib.
Rekord.az xəbər verir ki, Afrika torpaqlarında yetişən ən güclü oyunçulardan sayılan və karyerasını 4 il öncə başa vuran əfsanəvi forvardın bir müddət öncə müsəlman icması ilə birlikdə dua edərkən çəkilən şəkilləri yayılmışdı.
Amma Droqba dinini dəyişib müsəlman olması ilə bağlı yayılan söz-söhbətləri təkzib edərək öz sosial şəbəkədəki səhifəsində bunları yazıb:
''Deyəsən, bu hekayə qısa müddətdə yaman populyar oldu. Amma mən dinimi dəyişdirməmişəm. Bu, sadəcə mənim bölgəmdə yaşayan müsəlman qardaşlarıma bir hörmət əlaməti idi. Onlara dəstək verdiyimi göstərmək istədim. Hamıya qucaq dolusu salamlar və sevgilər''.