Dortmund “Borussiya”sından “Fənərbaxça”ya
- 2020-01-02 21:00
- 955
Türkiyənin “Fənərbaxça” klubunda məşqçi dəyişikliyi baş verib.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi qapıçılarla iş üzrə məşqçisi Alper Boğuşlu ilə yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Ayrılığın səbəbi açıqlanmasa da, Boğuşluya xidmətlərinə görə təşəkkür edilərək, ona gələcək karyerasında uğurlar arzulanıb.
Artıq “Fənərbaxça” həmin posta yeni məşqçi də gətirib. Klubun rəsmi saytının yaydığı digər məlumata görə, bundan sonra İstanbul təmsilçisinin əsas komandasının qapıçılarla iş üzrə məşqçisi Marko Knoop olacaq. Almaniyalı mütəxəssisin son iş yeri Dortmund “Borussiya”sının ikinci komandası olub. O, daha öncə “Leyptsiq” və “Boxum”da da çalışıb.