
"Dinamo"nn baş məşqçisi Mahirdən danışdı
- 02 Noy 2022 22:44
- 385
Zaqreb "Dinamo"sunun baş məşqçisi Ante Çaçiç Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda "Çelsi"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.
Rekord.az xəbər verir ki, o, konfrans zamanı bu mövsüm ÇL-də ilk dəfə oynamağa şans verdiyi Mahir Emreli haqda da danışıb: "Emreli bu mövsüm Çempionlar Liqasında meydana çıxmamışdı. Bu səbəbdən Emreli kimi oynamayan bəzi futbolçular bu matçda şans qazandı. Martin Baturina gələcək oyunlarda daha çox iştirak edəcək".
Qeyd edək ki, millimizin üzvü M.Emreli "Çelsi" ilə görüşün 70-ci dəqiqəsində meydana daxil olub.