
"Dinamo" Zaqrebdən səfər qələbəsi
- 06 Fev 2022 23:21
- 600
Xorvatiya yüksək liqasında 21-ci turun oyunları davam edir.
Rekord.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin yeni klubu "Dinamo" (Zaqreb) autsayderlərdən olan "İnstra 1961"in qonağı olub. Oyun "Dinamo"nun qələbəsi ilə başa çatıb - 2:1
"İnstra 1961" - "Dinamo" (Zaqreb) - 1:2
Qollar: Kaseres, 30 -avtoqol (0:1), Miskoviç, 45+2 (1:1), Orsiç, 55 (1:2)
M.Emreli komandaya bugünlərdə transfer olduğundan hələlik adaptasiya prosesindədir. Ona görə də hücumçunun adı matçın iştirak ərizəsində yer almayıb.
Bu nəticədən sonra xallarını 46-a çatdıran "Dinamo" liderliyini möhkəmləndirib. "İnstra 1961" isə 21 xalla 10 komanda arasında 9-cu yeri tutur.