Futbol üzrə Xorvatiya çempionatında 23-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Qoritsa” ilə qarşılaşıb. Zaqreblilər bu oyundan qələbə ilə ayrılıblar – 2:1.

Mahir bu görüşün iştirakçısı olmayıb. “Dinamo” ilə yenicə müqavilə bağlayan futbolçunun adı matçın iştirak ərizəsinə də daxil edilməyib.

“Dinamo” hazırda 49 xalla 10 iştirakçı arasında zirvədə qərarlaşıb.