
“Dinamo” Mahiri Şimali Makedoniyaya aparmadı
- 26 İyl 2022 16:30
- 474
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Şimali Makedoniya "Şkupi"si ilə bu gün keçiriləcək cavab oyununu buraxacaq.
Rekord.az Xorvatiya mətbuatına istinadən xəbər verir ki, zədəsi hələ sağalmayan forvard heyətdən kənarda qalıb.
Bu gün keçiriləcək "Şkupi" - "Dinamo" matçına Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasında ilk görüş 2:2 hesabı ilə başa çatıb.
Mahir Emreli zədə səbəbindən "Şkupi" ilə ilk oyunu da buraxmışdı. O, ölkə çempionatında da yeni mövsümün ilk matçlarını buraxmaq məcburiyyətində qalıb.