
"Dinamo" Mahirə görə bu hücumçudan imtina etdi
- 14 Fev 2022 10:20
- 526
"Dinamo" Azərbaycan millisinin hücumçusu Mahir Emrelini heyətinə qatdıqdan sonra hücumçularından biri ilə vidalaşıb.
Rekord.az xəbər verir ki, Zaqreb təmsilçisi Duye Çopu "Çelye"yə icarəyə verib.
32 yaşlı futbolçu mövsüm sonuna qədər Sloveniya klubunda oynayacaq.
Çop bu mövsüm "Dinamo"nun heyətində 8 görüşdə 1 qol vurmuşdu.