Azərbaycanın 1-ci Liqa təmsilçisi "Difai" təcrübəli futbolçusu Roman Hüseynovla yollarını ayırıb.


Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən bildirilib.


28 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


R.Hüseynov cari mövsümün əvvəlindən paytaxt təmsilçisinin heyətində çıxış edirdi.