
Dibala DÇ-nin qızıl medalını muzeyə bağışladı
- 07 Yan 2023 15:40
- 406
Futbol üzrə Argentina milli komandasının hücumçusu Paulo Dibala maraqlı addım atıb.
Rekord.az xəbər verir ki, o, DÇ-2022-də qazandığı qızıl medalı şərəfini qoruduğu “Roma” klubunun muzeyinə bağışlayıb.
Cənubi amerikalı futbolçu 2022-ci ilin iyulunda “Yuventus”dan “Roma”ya keçib. O, paytaxt təmsilçisinin heyətində İtaliya A Seriyasında 10 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.
29 yaşlı Dibala Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 2 oyuna çıxıb.