"Yuventus"un yeni transferi Anxel Di Mariya A seriyasında qarşıdakı iki oyunu buraxacaq.

Rekord.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi "Monza" ilə oyunda rəqib futbolçusu Armando İzzonun qarnına dirsəklə vurduğu üçün cəzalandırılıb.

Beləliklə, Di Mariya oktyabrın 2-də "Bolonya", okyabrın 8-də isə "Milan"la keçiriləcək görüşlərdə komandasına kömək edə bilməyəcək.