
Dembele karyerasını bitirdi
- 08 Fev 2022 18:40
- 502
Belçika millisinin və “Tottenhem”in sabiq futbolçusu Musa Dembele karyerasını bitirib.
Rekord.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
34 yaşlı yarımmüdafiəçi karyerası ərzində “Jerminal”, “Villem”, “Alkmaar”, “Fulhem”, “Tottenhem” və “Quançjou”da çıxış edib. O, Belçika yığması ilə DÇ-2018-in bürünc mükafatçısı olub.