
De Byazi Kosovadan “yox” cavabı aldı və AFFA-ya ağız açdı
- 01 Noy 2021 12:00
- 643
De Byazinin Kosova arzusu puç olub.
Rekord.az xəbər verir ki, Kosova Futbol Federasiyası onunla bağlı məsələni gündəmdən çıxardıb.
Yəni kosovalılar De Byazi məsələsini qapadıblar. Məhz bunsan sonra başqa təklifinin olmadığını görən italiyalı AFFA rəhbərliyinə Azərbaycanda qalmağa etiraz etmədiyini çatdırıb. Hətta daha az maaşa olsa belə. Lakin federasiya çətin ki, italiyalı ilə yola davam etsin.