20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb.


Rekord.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.


Sərəncamla Baş nazirin müavini Samir Şərifov Təşkilat Komitəsinin sədri təyin olunub. Gənclər və idman naziri isə Təşkilat Komitəsi sədrinin müavini olub.


Həmçinin Təşkilat Komitəsinin üzvləri aşağıdakılardır:


Fövqəladə hallar nazirinin müavini


Maliyyə nazirinin müavini


Mədəniyyət nazirinin müavini


İqtisadiyyat nazirinin müavini


Daxili işlər nazirinin müavini


Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini


Elm və təhsil nazirinin müavini


Xarici işlər nazirinin müavini


Səhiyyə nazirinin müavini


Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi


Bakı Şəhər İcra Hakimiyyətinin başçısı


Dövlət Turizm Agentliyinin sədri


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri


Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri


Dövlət Gömrük Komitəsi sədrinin müavini


Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini


Dövlət Miqrasiya Xidməti rəisinin müavini


Dövlət Sərhəd Xidməti rəisinin müavini


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri


"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin prezidenti


"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri


"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti


Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru


Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti


Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı


Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı


Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı.


Çempionatın keçirilməsi ilə bağlı Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə edilib.