
Dani Alves yenidən “Barselona”da
- 29 Okt 2022 16:44
- 374
raziliyalı müdafiəçi Dani Alveş “Barselona”nın gənclər komandası ilə məşqlərə başlayıb.
Rekord.az Kataloniya klubunun rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı futbolçu gələn ay Qətərdə təşkil ediləcək dünya çempionatında Braziliya yığmasının heyətində yer alacağına ümid edir.
Son olaraq Meksikanın “Pumas” klubunda çıxış etmiş Alves formadan düşməmək üçün “Barselona”nın gənclər komandasında məşq edir.
Meksika liqasında mövsüm oktyabrın 1-də başa çatıb.
2021-ci ilin noyabrında “Barselona”ya qayıdıb bir mövsüm keçirən Alves, 2008-2016-cı illərdə də Kataloniya təmsilçisinin formasını geyinmişdi.