“Sumqayıt”ın müdafiəçisi Abdul Raşid Mumini və "Neftçi"nin yarımmüdafiəçisi Sessi D'Almeydanın üzvü olduğu Benin millisi Afrika Millətlər Kuboku çərçivəsində növbəti matçına çıxıb.


Rekord.az xəbər verir ki, qrup mərhələsinin 2-ci turunda Benin millisi Botsvana yığması ilə üz-üzə gəlib.


Qarşılaşma Benin yığmasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini həll edən yeganə qolu 28-ci dəqiqədə Yoan Roş vurub.


"Neftçi"nin yarımmüdafiəçisi Sessi D'Almeyda qarşılaşmaya start heyətində başlayıb və 54-cü dəqiqədə Samadu Attidjikou ilə əvəz olunub. Abdul Raşid Mumini isə ehtiyat oyunçular skamyasında yer alıb.


Bu nəticədən sonra D qrupunda 3 xal toplayan Benin üçüncü pillədə qərarlaşıb. Xalı olmayan Botsvana isə qrupun sonuncusudur.