Naxçıvan MR-nın Şahbuz rayonunda şəhid Həmzəyev Mərhəmət Rizvan oğlunun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında voleybol üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarış başlamazdan əvvəl ərazi bütövlüyümüz uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

8 komandanın iştirak etdiyi turnir 3 gün davam edib. Qalib komanda üzvlərinə diplom və medallar təqdim olunub. Mükafatlandırma mərasimində şəhidimizin atası Rizvan Həmzəyev də iştirak edib.

Nəticələr:

1-ci yer: Şahbuz şəhər 2 nömrəli tam orta məktəb

2-ci yer: Şahbuz şəhər 1 nömrəli tam orta məktəb

3-cü yer: Kolanı kənd tam orta məktəbi