Vətən Müharibəsi Qəhrəmanı Şahin Allahyarov adına Quba İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Şahmat məktəbində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin İdman sektorunun təşkilatçılığı ilə “Quba - İdman Paytaxtı 2024” çərçivəsində şahmat idman növü üzrə Quba rayon birinciliyi keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın açılışında keçirilməsi məqsədləri və qaydaları iştirakçıların diqqətinə çatdırılmışdır.

Yarış 8,10,12,14 yaş qız və oğlanlar arasında keçirilmişdir.

Yarışın sonunda qaliblər Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunmuşlar.