Portuqaliyalı qapıçı Pedro Mateus 2026/2027 mövsümündən Azərbaycan I Liqasında çıxış edəcək "Karvan-Yevlax" klubundan ayrılıb.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


29 yaşlı qolkiperin müqaviləsinin müddəti uzadılmayıb.


Pedro Mateus "Karvan-Yevlax"ın heytində 20 oyuna çıxıb.