AFFA-dan maliyyələşən daha bir komanda maddi sıxıntı ilə üzləşib.

Rekord.az xəbər verir ki, söhbət "Mingəçevir"dən gedir.

Belə ki, federasiyanın cibinə göz dikən "İmişli" və "Zaqatala"da olduğu kimi, "Mingəçevir"də də hər kəs "maaş" deyib gözləyir. Lakin hələlik AFFA-dan heç bir səs-soraq yoxdur və köçürmənin bu həftə olub-olmayacağı da məlum deyil.