Daha 6 komandaya texniki məğlubiyyət verildi
- 13:40
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub:
U-14 Qızlar liqasında keçirilməsi nəzərdə tutulmuş “Mingəçevir” – “Atiq” FK oyunu, “Atiq”də yetərsay oyunçu olmadığı üçün baş tutmadığına görə “Atiq” komandasına 3:0 hesablı texniki məğlubiyyət verilib.
U-14 Qızlar liqasında keçirilməsi nəzərdə tutulmuş “Lokomotiv” FK – “Marxal” (Şəki) oyunu, “Lokomotiv”də yetərsay oyunçu olmadığı üçün baş tutmadığına görə “Lokomotiv”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Qızlar liqasında 15.11.2025 tarixində keçirilməsi nəzərdə tutulmuş “Dirçəliş” FK – “Dinamo” (Balakən) oyunu “Dirçəliş”də yetərsay oyunçu olmadığı üçün baş tutmadığına görə “Dirçəliş”ə 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-16 Qızlar liqasında 15.11.2025 tarixində keçirilməsi nəzərdə tutulmuş “Turan Tovuz” FK – “Təhsil” 8 İOEUGİM oyunu, “Turan Tovuz” FK komandası oyunu həkim briqadası ilə təmin etmədiyi üçün baş tutmadığı üçün “Turan Tovuz”a 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasında keçirilən “Capital Baku” FK - “City Baku” FK oyununda qarşılaşmanın 75-ci dəqiqəsində kütləvi qarşıdurma zamanı təhlükəsizlik təmin edilmədiyinə görə oyun dayandırıldığı üçün “Capital Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-14 Liqasında keçirilməli olan İCBFA - “Quba” FK oyunu İCBFA komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün İCBFA komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.
Region Liqasında keçirilməli olan, hakim tərəfindən start verilməyən “Cəngi” FK - “Gənclik” İK oyunu yenidən keçiriləcək.