
Dadaşov və Emeqara “Qarabağ”ı İsveçrədə ziyarət etdi
- 26 İyl 2022 19:59
- 479
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov və İsveçrə millisinin sabiq forvardı İnnosent Emeqara Sürixdə “Qarabağ”ın düşərgəsinə baş çəkiblər.
Rekord.az xəbər verir ki, onlar Ağdam təmsilçisinin məskunlaşdığı “Hilton” otelinə gələrək komandaya dəstək nümayiş etdiriblər.
Qeyd edək ki, Dadaşov bu yay İsveçrənin tanınmış klublarından olan “Qrasshoper”lə müqavilə bağlayıb. İnnosent Emeqara isə 2014/15 və 2018/19 mövsümlərində “Qarabağ”ın uğurları üçün çalışıb. O, 2020-ci ildən “Vintertur”da forma geyinir.