
Dadaşov oynadı, komandası heç-heçə etdi
- 04 May 2025 20:20
- 37
Futbol üzrə Polşa çempionatında 31-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, bu gün Azərbaycan millisinin üzvləri – Rahil Məmmədovla Renat Dadaşovun formasını geyindiyi “Radomyak” səfərdə “Pyast”ın qonağı olub. Qarşılaşma 0:0 hesablı bərabərliklə başa çatıb.
Renat Dadaşov da bu matçın iştirakçısı olub. 26 yaşlı forvard 75-ci dəqiqədə meydana daxil olub. Rahil Məmmədovun adı oyunun iştirak ərizəsində yer almayıb.
31 turdan sonra 37 xal toplayan “Radomyak” turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.