AFFA və Ulduz Futbol Akademiyasının birgə təşkilatçılığı, UEFA-nın dəstəyi ilə keçirilən “D” kateqoriyalı məşqçi kurslarına yekun vurulub.


Rekord.az xəbər verir ki, Kür Olimpiya Tədris İdman Mərkəzində keçirilən kurs ümumilikdə 3 gün davam edib.


Son gündə iştirakçılara kursu bitirdiklərinə dair müvafiq lisenziyalar təqdim edilib. Lisenziyaları AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, məşqçi kurslarının təlimatçısı İlham Əzizzadə və Futbol üzrə İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatı Məktəbinin direktoru Mehman Əlimov təqdim ediblər.