“Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır”
- 20:00
- 49
“Kəpəz”in baş məşqçisi Azər Bağırov Premyer Liqanın 9-cu turu çərçivəsində “İmişli”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
“Çox ağır məğlubiyyətdir. Qırmızı vərəqəyə qədər pis oynamadıq. Bəzi epizodlarda nələrsə alınırdı. "Qırmızı"dan sonra bütün oyun planımız pozuldu. "Şamaxı" ilə oyunda rəqib qırmızı vərəqə alanda biz hesabda öndə idik. Bu gün ilk 25 dəqiqədə komanda pis deyildi.
Qapıçının performansını şərh etməyə ehtiyac yoxdur. Çox şey haqda danışmaq olar, amma bu gün susmaq lazımdır. Qışa qədər mümkün olduğu qədər çox xal toplamalıyıq”.