
ÇL-də həftənin ən yaxşı oyunçusu adına 4 namizəd
- 27 Okt 2022 10:15
- 413
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Rekord.az xəbər verir ki, ənənəvi olaraq yenə bu ada 4 namizəd var.
Bunlar Rafa Silva (“Benfika”), Lionel Messi (PSJ), Covanni Simeone (“Napoli”) və Mehdi Taremidir (“Portu”).
Qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsverməyə əsasən müəyyənləşəcək.