
ÇL-də həftənin ən yaxşı futbolçusu
- 13 Fev 2025 22:30
- 102
UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Rekord.az xəbər verir ki, bu, Almaniyanın "Borussiya" (Dortmund) klubunun hücumçusu Seru Girassidir.
28 yaşlı qvineyalı oyunçu "Sportinq"lə (Portuqaliya) keçirilən ilk pley-off matçında (3:0) 1 qol, 1 assistlə yadda qalıb.
O, səsvermədə Vinisius Junior ("Real", İspaniya), Vangelis Pavlidis ("Benfika", Portuqaliya) və İqor Payşanı ("Feyenoord", Niderland) qabaqlayıb.