
Çempionlar Liqasında yeni format
- 07 Fev 2022 12:14
- 460
Gələcəkdə Çempionlar Liqasında "dördlər finalı" formatı tətbiq oluna bilər.
Rekord.az xəbər verir ki, bu haqda UEFA prezidenti Aleksandr Ceferin bildirib.
"Journal du Dimanche" nəşrinə müsahibəsində o deyib ki, bu məsələni PSJ və Avropa Klublar Assosiasiyasının prezidenti Nasser Əl-Xelayfi də daxil olmaqla bir neçə klub rəhbəri ilə müzakirə edib və onların razılığını alıb:
"Pandemiyaya görə konkret qərarlarımız yoxdur. Amma düşünürəm ki, bu ideyanın gerçəkləşməsi əla olar".
Onun sözlərinə görə, bu formatda reallaşsa, yarımfinalda ev oyunlarını buraxacaq klubların təzminat məsələsini həll etmək lazımdır: "Düşünürəm ki, bu proses sürətləndirilməlidir".
Qeyd edək ki, pandemiya ilə əlaqədar 2019/20 mövsümündə ÇL-də "dördlər finalı"na bənzər format tətbiq olunub. 1/4 və 1/2 final matçları bir oyundan ibarət olub. Bu görüşlər və final bir ölkədə- Portuqaliyada keçirilib.