“Çelsi” ciddi itki ilə üzləşib.
Rekord.az xəbər verir ki, klubun hücumçusu Armando Broya "Aston Villa" ilə oyunda ciddi zədə alıb.
Dizindəki çarpaz bağı qopan futbolçu üçün mövsüm erkən bitib. Onun ən azı 6 ay müalicə alması lazımdır.