
"Çelsi"nin futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçdi
- 08 İyn 2023 14:00
- 331
"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubunda davam etdirəcək.
Rekord.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Fabrizio Romano öz "Twitter" hesabında yazıb.
Klub 32 yaşlı futbolçuya 2025-ci ilin yayına qədər müqavilə ilə illik 100 milyon avro ödəyəcək. Əl-İttihad daha əvvəl hücumçu Kərim Benzema ilə müqavilə imzalayıb.