"Çelsi"nin 6 illik təklifini rədd etdi
- 23 Dek 2022 11:15
- 395
"Çelsi"nin qapıçısı Eduard Mendi klubunun yeni 6 illik müqavilə təklifini rədd edib.
Rekord.az "The Sun"a istinadən xəbər verir ki, o, təklif olunan maaşdan razı deyil. Seneqallı futbolçu hesab edir ki, klub ona lazımi hörməti göstərmir.
Mendi bu mövsüm "Çelsi"nin əsas komandasındakı yerini itirib. O, bu mövsüm İngiltərə Premyer Liqasında klubun heyətində 9 oyuna çıxıb, 12 qol buraxıb.