Cəbəllütariq klubundan tarixi qələbə
- 16:00
- 39
Cəbəllütariqin “Linkoln” klubu avrokuboklarda əsas mərhələdə ilk qələbəsini qazanıb.
Rekord.az xəbər verir ki, komanda Konfrans Liqasının 2-ci turunda öz meydanında Polşanın “Lex” klubunu 2:1 hesabı ilə məğlub edib..
Xatırladaq ki, “Linkoln” həm də Cəbəllütariqin avrokubokların əsas mərhələsinə vəsiqə qazanan ilk komandasıdır.
Əlavə edək ki, Cəbəllütariq klubları 2014/15 mövsümündən bəri UEFA yarışlarında iştirak edirlər.