“Milan”ın və Fransa yığmasının hücumçusu Olivje Jiru Kərim Benzema ilə münasibətlərində danışıb.

Rekord.az xəbər verir ki, Jiru onunla Kərimi üz-üzə qoymaq istəyən qüvvələrin olduğunu bildirib.

O, Benzema ilə oynamaqdan məmnun olduğunu deyib:

“Bütün beynəlxalq karyeram ərzində Kərimlə məni üz-üzə qoymağa çalışıblar. Bir tərəfdə Benzemanın, digər tərəfdə mənim azarkeşlərim olub.

Həmişə demişəm ki, Kərimlə heç bir problemim yoxdur və onunla oynamaqdan məmnunam. Amma mətbuat başqa şey yazırdı.

Onlar nələrsə uydururdular ki, guya onunla mənim aramda münaqişə var. Amma bütün bunlar hamısı yalan idi”.