
“Bursaspor” millimizin sabiq müdafiəçisi ilə müqavilə bağladı
- 15 Avq 2021 15:00
- 549
Azərbaycan millisinin sabiq üzvü Ufuk Budakın yeni klubu məlum olub.
Rekord.az xəbər verir ki, 31 yaşlı müdafiəçi TFF 1-ci liqa təmsilçisi “Bursaspor”a keçib.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Onunla 1 illik müqavilə imzalanıb.
Budakın son klubu bu liqanın digər təmsilçisi "Altınordu" idi.
Xatırladaq ki, Bursa təmsilçisi Ufuk Budakla yanaşı, “Neftçi”dən Namik Ələskərovu da transfer edib.