
Bunu tək PSJ bacardı
- 02 Noy 2022 18:00
- 373
PSJ bu mövsüm Avropanın "böyük beşlik" liqalarında və avrokuboklarda məğlubiyyət acısı dadmayan yeganə komandadır.
Rekord.az xəbər verir ki, Çempionlar Liqasının 6-cı turunda "Napoli" "Liverpul"a 0:2 hesabı ilə uduzandan sonra parislilərin yeganə şəriki də sıradan çıxıb.
Hazırda 35 xalla Liqa 1-in turnir cədvəlinə başçılıq edən Kristof Qaltyenin yetirmələri ÇL-in qrupunda da 11 xalla lider mövqeyindədir.
Ümumilikdə çıxdığı 18 qarşılaşmanın 4-də heç-heçə edən Fransa nəhəngi qalan duellərdə rəqiblərini üstələyib.
Qeyd edək ki, PSJ bu gün ÇL-də növbəti oyununu keçirəcək. Paris komandası "Yuventus"un qonağı olacaq.