
Bundesliqanın antirekordu təkrarlandı
- 06 Noy 2022 14:46
- 361
“Şalke” futbol üzrə Almaniya Bundesliqasında antirekordu təkrarlayıb.
Rekord.az xəbər verir ki, sözügedən komanda 13-cü turda "Verder"ə 1:2 hesabı ilə uduzub.
Bununla da Gelzenkirhen təmsilçisi ardıcıl 35-ci səfər qarşılaşmasında qalib gələ bilməyib. Daha əvvəl 1976-1981-ci illərdə "Karlsrue" eyni uğursuzluqla üzləşib.
Xatırladaq ki, "Şalke" Bundesliqada 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.