Almaniya Bundesliqasının 17-ci turunda keçirilməli olan "Hamburq" – "Bayer" oyunu əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.


Rekord.az xəbər verir ki, qarşılaşmanın bu gün Bakı vaxtı ilə saat 22:30-da başlaması planlaşdırılırdı.


Lakin stadionun qar və buzla örtülməsi matçın keçirilməsinə mane olub.


Görüşün hansı tarixdə baş tutacağı ilə bağlı məlumat daha sonra veriləcək.