
Bundesliqa klubunda koronavirusa kütləvi yoluxma
- 27 Noy 2021 17:30
- 546
Almaniyanın “Leyptsiq” komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
“Leyptsiq”də daha 6 nəfərdə koronavirus aşkarlanıb. Onlardan dördü futbolçu, biri məşqçi, digəri isə işçidir. “Leyptsiq”də daha əvvəl baş məşqçi Cessi Marşın da koronavirusa yoluxduğu açıqlanmışdı.
“Leyptsiq” Bundesliqanın 13-cü turunda, noyabrın 28-də “Bayer”i (Leverkuzen) qəbul edəcək.