“Leypsiq” yarımmüdafiəçisi Kevin Kamplla yollarını ayırmağa qərar verib.


Rekord.az xəbər verir ki, Almaniya klubunun yaydığı məlumata görə, bu qərar 35 yaşlı futbolçunun şəxsi müraciəti ilə verilib.


Bildirilir ki, Kamplın belə bir addım atmasına ailəsində baş verən hadisələr səbəb olub. Oktyabr ayında qardaşını itirən və hazırda atası ağır xəstəlikdən əziyyət çəkən futbolçu karyerasına ara verərək vaxtını ailəsi ilə keçirmək istəyir.


Klub rəhbərliyi sloveniyalı oyunçunun ailəsində yaranmış çətin vəziyyəti nəzərə alaraq onun müqaviləyə xitam verilməsi barədə xahişini anlayışla qarşılayıb.


Kampl 2017-ci ilin yayından klubun şərəfini qoruyur. O, klubda keçirdiyi 9 ilə yaxın zaman ərzində 283 rəsmi oyuna çıxıb, 10 qol vurub və 23 məhsuldar ötürmə ilə yadda qalıb.