
Bundesliqa klubu yeni baş məşqçisini açıqladı
- 27 Okt 2022 18:30
- 372
Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi məlum olub.
Rekord.az Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Helzenkirhen komandasını Tomas Rays çalışdıracaq.
Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.
“Şalke” ötən həftə Frank Krameri istefaya göndərib.