Almaniyanın “Maynts” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Paderborn”dan Luk Kilianı transfer edib.

Bu barədə “Maynts”ın mətbuat xidməti məlumat yayıb. 20 yaşlı müdafiəçiylə 4 illik müqavilə imzalanıb.

Kilian 21 yaşadək futbolçulardan ibarət Almaniya milli komandasının da üzvüdür.