
“Buna görə bizim üçün asan oldu” - Qurban Qurbanov
- 11 Fev 2022 20:08
- 521
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri cavab oyununu (6:0, ilk oyun 1:0) şərh edib.
Rekord.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı matçdan sonra bunları söyləyib:
“Öz komandam üçün yaxşı oyun oldu. Heyətdə xeyli rotasiya etmişdik. Bəzi futbolçular çox istəkli idilər. Bunun faydası çox oldu. Hesabda öndə olsaq da, nizam-intizamı qoruyub-saxlaya bildik. Komandamı təbrik edirəm. Rəqibdə yorğunluq hiss olunurdu. Bəlkə də buna görə bizim üçün asan oldu. Halbuki “Keşlə”yə qarşı matçlarımız hər zaman ağır keçib.
Ramil Şeydayevin sağ cinaha çəkilməsi gedişatdan asılı oldu. Hesab da buna imkan verirdi. Bəzi futbolçularımıza görə narahat idik. Buna görə dəyişikliklərə əl atdıq. Heç də pis alınmırdı. Ramili müdafiəyə çəksək də, arxada görmürdüm, ancaq hücumda idi”.