“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (0:6, ilk oyun 0:1) şərh edib.

Rekord.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı matçdan sonra bunları söyləyib:

“Belə məğlubiyyətdən sonra danışmaq çətindir. Büdcə fərqi öz sözünü dedi. Belə uduzmaq istəməzdik. Amma vəziyyətdən çıxmağa çalışacağıq. Çünki qarşıda ağır oyunlarımız var”.