Bu səlahiyyətlər Cahangir Həsənzadədən alındı
- 13:00
- 46
Hazırda aşağı yaş qruplarımızdan ibarət milli komandaların baş məşqçi vəzifələri sual olaraq qalır.
Rekord.az xəbər verir ki, bütün məşqçilərlə 2025-ci ilin sonuna qədər bağlanmış müqavilələr başa çatıb.
Kiminlə yola davam ediləcək, kiminlə yollar ayrılacaq, bütün bu məsələlər açıq qalır. Əvvəllər bu işlərlə Cahangir Həsənzadə məşğul olurdu. U-15, U-16, U-17, U-18 və U-19 millilərinə baş məşqçilər bir qayda olaraq, onun seçimi əsasında olurdu. Artıq bu səlahiyyət Həsənzadənin əlindən alınıb. Yeni seçimlərin hansı formada, kimin raportu əsasında aparılacağı yaxın günlərdə məlum olacaq.