
“Bu qələbəni əldə etmək üçün çox çalışdıq” - Dambrauskas
- 20 Sen 2025 22:12
- 38
“Sabah” Azərbaycan Premyer Liqasının 5-ci turunda bu gün “Turan Tovuz”u qəbul edib.
Rekord.az xəbər verir ki, 2:0 hesabı ilə qalib gələn “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın oyundan sonra mətbuat konfransı keçirilib.
Litvalı mütəxəssis həftə ərzində bu qələbəni əldə etmək üçün çox çalışdıqlarını bildirib:
“Mən öncə “Sabah” rəhbərliyini, futbolçuları bugünkü qələbə münasibətilə təbrik edirəm. Həftə ərzində bu qələbəni əldə etmək üçün çox çalışdıq. Bu, iş prosesinə inamdır ki, get-gedə artırırıq, daha da irəli gedirik. Düzdür, üç hətə ərzində qalibiyyət əldə etməmişdik. Bu qələbəni də bizi dəstəkləyənlərə hədiyyə etmək istəyirik”.