
“Bu qədər hörmətsizlik heç bir yerdə görməmişəm” - Dambrauskas
- 28 Sen 2025 22:26
- 40
“Sabah” Azərbaycan Premyer Liqasının 6-cı turunda bu gün “Sumqayıt”ı qəbul edib.
Rekord.az xəbər verir ki, 1:1 hesabı ilə başa çatan oyundan sonra “bayquşlar”ın baş məşqçisi Valdas Dambrauskasın mətbuat konfransı keçirilib.
Litvalı mütəxəssis bu qədər hörmətsizliyi heç bir yerdə görmədiyini bildirib:
“Bu oyun haqda nə deyə bilərəm? Sadəcə öz oyunçularım da yox, təkcə bir adam haqda danışa bilərəm. Bir adamın meydançada şousu var idi. Diqqətlə izləmisizsə, oyundan sonrakı müsahibələrimdə mən heç vaxt hakimlik barədə danışmamışam. Öz peşəkar karyeramda 400-dən çox oyun var. Mən Balkan ölkələrində olmuşam, Yunanıstanda məşqçilik etmişəm. Mən Kiprdə işləmişəm, amma bu qədər hörmətsizlik heç bir yerdə görməmişəm”.