Bu məşqçi də "Karvan"dan ayrıldı
- 26 Noy 2025 11:00
- 262
Füzuli Məmmədov "Karvan"ın baş məşqçisi postua təyin olunandan sonra Yevlaxa öz komandası ilə gəlib.
Rekord.az-a daxil olan məlumata görə, ona qapıçılarla işləyən məşqçi Hüseyn Məhəmmədovu işində saxlamaq xahiş olunub.
Lakin Məmmədov bununla razılaşmayıb və öz komandasından olan Rauf Mehdiyevi "Karvan"a gətirəcəyini deyib. Bundan sonra Məhəmmədov Yevlaxdan ayrılıb.