"Region Liqası"nda mübarizə aparan "Difai" komandası növbəti mövsümdən I Divizionda mübarizə aparmaq istəyir.

Rekord.az-a daxil olan məlumata görə, komanda rəhbərliyi bununla bağlı AFFA-ya rəsmi müraciət də ünvanlamağı düşünür.

Amma təbii ki, bu məsələdə federasiyanın müəyyən maddi dəstəyi də lazımdır. Çünki komanda üzvlərinin əksəriyyəti müharibə veteranları və qaziləridir.