Bu futbolçu PSJ-dən ayrıla bilər
- 16 Dek 2022 10:30
- 149
PSJ "İnter"in müdafiəçisi Milan Şkrinyarla maraqlanır.
Rekord.az xəbər verir ki, slovakiyalı futbolçu parislilər üçün Serxio Ramosun əvəzedicisi ola bilər. İ
spaniyalının müqaviləsi mövsümün sonunda bitəcək. PSJ Şkrinyara rəsmi təklif göndərməyə hazırlaşır. Oyunçu yanvarın 1-dən İtaliyadan kənarda istənilən klubla ilkin müqavilə bağlamaq imkanı əldə edəcək.