
Bu futbolçu DÇ-2020-ni buraxacaq
- 07 Noy 2022 14:42
- 411
Braziliya millisizinin üzvü Filippe Koutinyo DÇ-2022-də iştirak edə bilməyəcək.
Rekord.az Braziliya mətbuatına istinadən xəbər verir ki, budundan zədə alan yarımmüdafiəçinin sağalma müddəti təxminən 6 həftə çəkəcək.
“Aston Villa”nın futbolçusu zədə səbəbindən Premyer Liqanın 15-ci turunun “Mançester Yunayted”lə dünən keçirilən oyunda (3:1) meydana çıxmayıb.
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.