
Braziliyalı futbolçu Avropa Liqasının tarixinə düşdü
- 15:20
- 34
Fransanın "Nitsa" klubunun futbolçusu Dante UEFA Avropa Liqasının tarixinə düşüb.
Rekord.az xəbər verir ki, braziliyalı müdafiəçi buna İtaliya təmsilçisi "Roma"ya qarşı keçirdikləri əsas mərhələnin I turunun oyununda iştirak etməklə nail olub.
O, turnirdə iştirak edən ən yaşlı oyunçu adına sahib çıxıb. Dante bunu 41 yaş, 11 ay, 6 günündə bacarıb.
"Nitsa" rəqibinə 1:2 hesabı ilə uduzub.